Türkiyənin Qars və İğdır şəhərlərində “Azərbaycan İncəsənət Həftəsi” keçiriləcək

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyənin Qars və İğdır şəhərlərində “Azərbaycan İncəsənət Həftəsi” təşkil olunacaq.

Layihəyə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Qars və İğdır valilikləri, eləcə də bələdiyyələri dəstək göstərir.

Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin və milli dəyərlərinin tanıdılması məqsədilə keçiriləcək tədbirlər çərçivəsində azərbaycanlı sənətçilərin konsert proqramı, milli geyimlərin nümayişi, “Nargin – Sonuna Kadar Gizemli” filminin nümayişi və Azərbaycanla bağlı kitabların kitabxanalara hədiyyə edilməsi nəzərdə tutulur.

Bundan əlavə, Mirzə Fətəli Axundzadə adına salonda görkəmli dramaturqun azərbaycanlı rəssam tərəfindən çəkilmiş portreti təqdim olunacaq, onun həyat və yaradıcılığına həsr edilmiş guşənin açılışı keçiriləcək.

Tədbirlər oktyabrın 13-də saat 19:00-da İğdır Mədəniyyət Mərkəzində, oktyabrın 14-də saat 18:30-da isə Qars İl Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət Mərkəzində baş tutacaq.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ