Mustafa Kamal Atatürk və Azərbaycan
Atatürk türk toplumları içərisində Azərbaycana xüsusi qiymət verir və bizim xalqımıza çox böyük ümid bəsləyirdi. Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən demişdir: “Azerbaycan’ın sevinci bizim sevincimiz, gamı (üzüntüsü, kederi), bizim gamımız (üzüntümüz, kederimiz) dır. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur.”
Azərbaycan xalqının Ümummilli lideri, böyük siyasət adamı Heydər Əliyev Atatürkə olan ümumxalq məhəbbətini ifadə edərək demişdi: «Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir».
Atatürk Azərbaycan xalqına həmişə «hür və müstəqil» yaşamasını, bir də heç vaxt zülm altına düşməməsini arzu edirdi. «Anadolu xalqı Azəri qardaşlarının qəlbi öz qəlbi kimi çarpdığını» bilir və bunları daha da yaxınlaşdırmağın vacibliyini göstərirdi. Bu zaman Azərbaycan sovetləşmişdi. Özü də Nərimanovun sayəsində sərbəst, müstəqil respublika idi. Türkiyə və Azərbaycan qardaş ölkələri kimi bir-birinə əl tutmalı, kömək etməli idi. Bunu Nərimanov da bilir və Atatürkün bacarığını, qeyrətini çox yüksək qiymətləndirirdi.
Atatürklə Nərimanov arasında son dərəcə sıx mənəvi yaxınlıq, ideya və məslək birliyi yarandı. Nərimanov Türkiyədəki hadisələri çox diqqətlə izləyir və onların müvəffəqiyyətinə sevinirdi. N.Nərimanov diplomatik yolla, iqtisadi vasitələrlə Türkiyəyə əlindən gələn köməyi edirdi. O zaman ingilislər yüzlərlə türk ziyalısını guya erməni qırımında iştirak etdiklərinə görə həbs edib Malta adasına sürgünə göndərmişdir. Onlarin içərisində böyük türk filosofu Ziya Göyalp, Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olan Azərbaycan Demokratik Cümhuriyyətinin deputatı, Nərimanovun dostu Əhməd Ağaoğlu kimi azərbaycanlılar da var idi. Atatürk kimi Nərimanov da onların, bu günahsız insanların azad olmasına çalışırdı. Hətta o, ingilis səfirliyi ilə danışıb Bakıda olan bütün əsir ingilisləri Malta sürgünündə olanlarla dəyişməyi təklif etdi. Bu məsələ Malta sürgünündə olanları çox sevindirmişdir. Əhməd Ağaoğlu Nərimanova göndərdiyi məktublarının birində deyirdi: «Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünüyor ki, siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən, istər mənim arkadaşlarim təşəbbüslərinizə qarşı sizə minnətdardılar».
N.Nərimanov 1921-ci ilin aprel ayında Türkiyənin Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşaya ünvanladığı məktubunda böyük sevinc hissi ilə yazırdı: «Azərbaycan höküməti inqilabi ruhlu türk xalqının onun sərbəstliyini məhv 27 26 etmək istəyən Antanta dövlətlərinə qarşı müqəddəs müharibəyə qalxdığı həmin günlərin sevincli anlarını təbrik edir və sizin sevincinizə şərik olduğunu bildirir. Azərbaycanın azad olmuş fəhlə və kəndliləri inqilabı türk dövlətlərinə özlərinin ən səmimi təbriklərini göndərir. Türk xalqı qəhrəmanlıq mübarizəsinin ikinci ilində onun sərbəstliyini məhv etmək istəyən Antanta dövlətləri üzərində böyük qələbələr qazanmışdır. Türk xalqının bu qələbəsi münasibətilə sevincini ifadə edərək Azərbaycan dövləti əmin olduğunu bildirir ki, bizimlə bir cərgədə qardaşliq silahı ilə silahlanmış qəhrəman türk ordusu qələbə bayrağını özünün tarixi mərkəzi olan İstanbulda qaldıracağı gün uzaqda deyildir. Yaşasın inqilabçı Türkiyə!
1920-ci ilin avqust ayında Türkiyənin ilk səfiri, yazıçı Məmduh Şöfkət bəy Azərbaycanın paytaxtı Bakıda fəaliyyətə başladı. Bundan bir il sonra 1921-ci ilin oktyabrında İbrahim Əbilov Türkiyədə Azərbaycanın ilk səfiri oldu. Bunlar Mustafa Kamal Paşanı çox sevindirirdi. Azərbaycan bayrağın Mustafa Kamal Paşanı çox sevindirirdi. Azərbaycan bayrağını Müstafa Kamal Paşa özü şəxsən qaldırmış, İbrahim Əbilovun nitqinə cavabən özü də nitq söyləmiş və demişdir: «Milli hüdudlarımız daxilində hürr və müstəqil yaşamaq istərdik… Millətimiz bu həqiqətin qardaş Azərbaycanın müməssili tərəfindən də təsdiq edildiyini eşitməklə böyük bir səadət duyar. Rum eli, Anadolu xalqı Azərbaycan Türk qardaşlarının qəlbi öz qəlbi kimi döyündüyünü bilirlər».
İbrahim Əbilov həmişə Nərimanovla əlaqə saxlayır və onun Türkiyə haqqında dediklərini həyata keçirirdi. Nərimanov bilirdi ki, Türkiyənin düşmənləri çoxdur və onlar bizim əlaqələrimizi pozmağa çalışırlar. O, Əbilova yazırdı: «Buna görə siz türk xalq kütləsi arasında geniş təbliğat işi aparmalısınız və onları inandırmalısınız ki, Sovet Rusiyası ilə dostluq əlaqələri bütünlüklə onların milli maraqlarına cavab verir». N.Nərimanov Türkiyəyə İbrahim Əbilova göndərdiyi məktubların birində yazırdı: «Əzizim yoldaş İbrahim! Teleqramlarınızı və axırıncı məktubunuzu oxudum. Bu vaxta kimi apardığınız xətti-hərəkət düzdür. Ümid edirəm ki, bundan sonra da səhviniz olmayacaq. Bir şeyi gərəkdir unutmayaq: Rusiya və Türkiyə tərəfində müəyyən şəxslər vardır ki, istəyirlər aranı qarışdırsınlar. Siz burada olarkən mən deyirdim daşnaklar bu yolda işləyirlər. İndi məlum olur ki, Zaqafqaziyanın tamam əksinqilabçıları bu fikirdə birləşib gözəl Qafqazı yenə də qan ocağına döndərmək istəyirlər.
1921-ci ilin fevral ayında Rusiyanın Türkiyəyə vəd etdiyi maddi yardımı almaq üçün Bakıya gəlmiş türk nümayəndə heyətini N.Nərimanov qəbul etmiş, V.I.Leninə xüsusi məktub yazmış və Bəhbud Şahtaxtinski ilə birlikdə onları Moskvaya ölkənin rəhbərinin qəbuluna göndərmişdir.
Nərimanov bir dövlət başçısı kimi Leninin diqqətini Türkiyə üçün mühüm məsələlərə yönəldir və onlarla söhbət əsnasında bu qərara gəlir ki, «Erməni məsələsi türklər üçün ölüm-dirim məsələsidir. Əgər biz bu məsələdə güzəştə getsək, camaat bizim arxamızca getməyəcək. Burası da var ki, həmin məsələnin bizim xeyrimizə həll edilməsi qüdrətimizi daha da artırar». Bəli, «həmin məsələnin bizim xeyrimizə həll edilməsi qüdrətimizi daha da artırar». Bu incəlikləri Nərimanov böyük Rusiyanın başçısı Leninə başa salırdı.
Nərimanovun şəxsi göstərişi ilə Azərbaycanın xarici işlər naziri M.D.Hüseynov Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşaya göndərdiyi teleqramda türk xalqının böyük qələbələri münasibətilə onlara yardım üçün 30 sistem neft, 2 sistem benzin, 8 sistem kerosin göndərmişdir. Azərbaycanın qardaş türk xalqına göndərdiyi bu ilk yardım gələcək böyük əl tutmaların açan oldu. O zaman ayağa qalxmış türk xalqı öz müstəqilliyi uğrunda yunanlara və ingilislərə qarşı mübarizə apararkən yanacağa böyük ehtiyac duyurdu. Bu ehtiyacı isə Azərbaycan ödəyirdi. 1921-ci ilin may ayında Azərbaycan dövləti Türkiyəyə 62 sistem neft göndərdi və bundan sonra hər ay 3 vaqon kerosin göndərməyə boyun oldu. 1922- ci ildə isə Azərbaycan Türkiyəyə Batum portu ilə 9 min tondan artıq kerosin və 350 ton benzin göndərmişdir.
Mustafa Kamal Paşa özü N.Nərimanova məktub yazmış, o dövr çox böyük maliyyə sıxıntısı yaşayan Qardaş Türkiyəyə Azərbaycan dövləti tərəfindən borc pul verməsini xahiş etmişdir. Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şövkət bəy 1921-ci il martın 17-də həmin məktubu Nərimanova çatdırdı.
Nərimanov dərhal 500 kiloluq qızıl göndərdi. Bunun 200 kilosu büdcə üçün saxlanır, qalanı isə ayrı xərclərə sərf olunur. Daha sonra Rusiyadan 10 milyon qızıl yenə göndərilir. * Türkiyənin vəziyyəti bir qədər yüngülləşir. N.Nərimanov Mustafa Kamal Paşaya yazırdı: “Paşam qardaş qardaşa borc verməz, əl tutar”. Eşq olsun belə dostluğa və qardaşlığa! Bundan bir neçə gün sonra “1921-ci il martın 23-də Azərbaycan Hökuməti yenidən Türkiyəyə lazımi işlər üçün 30 sistem neft, 2 sistem benzin, 8 sistem yağ Türkiyəyə ərmağan olaraq Qarsa göndərdi”.** Azərbaycanla Türkiyə həmişə belə olmuşdur. 1918-ci ildə Türkiyə özü müharibədə ola-ola Azərbaycana qoşun yeritmiş, Azərbaycanı təpədən dırnağa qədər silahlanmış ermənilərin işğalından qurtarmışdır. Bunu Azərbaycan xalqı heç vaxt yaddan çıxartmadı.
Qafqaz, Anadolu, hətta Avrasiyanın tarixində mühüm rol oynamış türk dövlətlərindən biri Türkiyə, digəri isə Azərbaycandır. Milli-mədəni bağları olan bu iki dövlətin tarixlərində ortaq təcrübələr də var.
Ulu öndər Mustafa Kamal Atatürkün (1919-1938) dövründə iki qardaş ölkədə baş verən tarixi hadisələrə toxunacağımız bu araşdırmada əsas diqqəti qurulan hökumətlər arasında diplomatik əlaqələrə yönəldəcəyik. Bu tarixi prosesdə Anadolu türkləri öz İstiqlal Müharibəsi apararkən, Azərbaycan türkləri də hakim olduqları Çar Rusiyasına qarşı istiqlal savaşı aparırdılar.
Məlum olduğu kimi, Şimali Azərbaycanda Rusiyanın üstünlüyü İran tərəfindən 1812-ci il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri, Osmanlı İmperiyası isə 1829-cu il “Ədirnə müqaviləsi” ilə tanınıb. Edilən müqavilələrlə Cənub və Şimal olaraq iki yerə bölünən Azərbaycan torpaqlarının cənub hissəsi İranın, Şimal hissəsi isə Rusiyanın hakimiyyəti altında qaldı.
1917-ci ilin oktyabrında baş verən bolşevik inqilabı ilə Rusiyada çar rejiminin süqutundan sonra Rusiya xalqı kimi Qafqaz xalqları da müstəqillik uğrunda mübarizəyə başlayıb, idarəçilik forması axtarıblar. Azərbaycan türkləri, gürcülər və ermənilər Qafqaz xalqları olaraq birlikdə “Federal Demokratik Qafqaz Respublikası”nı qursalar da, ermənilər və gürcülər Osmanlı İmperiyasına güvənməməli və həmişə onlarla müharibə vəziyyətində olmalıdırlar, bu da Azərbaycan liderlərinin reaksiyasına səbəb oldu. , xüsusilə Mehmet Emin Resulzade nəhayət, bu quruluş dağıldı və Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək Şərqin və Türk dünyasının ilk Cümhuriyyəti oldu.
Azərbaycanın qabaqcıl ziyalıları 1904-cü ildə Bakıda yaradılmış Müsavat Partiyasının rəhbərliyi altında təşkilatlanaraq mübarizələrini uğurla yekunlaşdırdılar. 1919-cu ilin yayında Mustafa Kamal Paşanın başçılığı ilə Anadolu türkləri Qərb imperialist güclərinə qarşı mübarizəyə başladıqda, Azərbaycan türkləri “İstiqlal”ın qurucusu Mehmet Emin Rəsulzadənin başçılığı ilə Rusiya hakimiyyətinə qarşı istiqlal mübarizəsində qalib gəlmişdi. Müsavat” Partiyası Anadolu türk əsgərlərinin köməyi ilə müstəqil Azərbaycan Xalq Cümhuriyyətini elan etdi.
XX əsrin əvvəllərində Türkiyə-Azərbaycan münasibətlərinin tarixi iki mərhələdə araşdırılmalıdır. Bu mərhələlərdən biri müstəqil Azərbaycan Respublikası dövrü, digəri isə Azərbaycan Sovet Sosialist Respublikasının qurucularından olan hökumət başçısı Nəriman Nərimanovun dövrüdür. Bu prosesdə Azərbaycan İstanbulda Osmanlı hökuməti ilə əlaqələrini qoruyub saxlamış, Şərqi və Orta Anadoluda yerləşən Milli Mübarizə hərəkatı ilə mürəkkəb əlaqələrə malik olmuşdur. Qafqazla əlaqələrini kəsmək istəməyən Osmanlı İmperiyası burada baş verənləri yaxından izləmiş və bu ölkələrin müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Trabzon konfransındakı çıxışlardan belə anlaşılır ki, Osmanlı siyasətçilərinin bir çoxu Azərbaycanın müstəqilliyini qəbul etməyə hazır deyildilər. Buna baxmayaraq, Osmanlı İmperiyası Azərbaycanla beynəlxalq statuslu bir dövlət kimi danışıqlara başladı və onlar arasında 1918-ci il iyunun 4-də “Dostluq müqaviləsi” imzalandı. Azərbaycanın müstəqilliyinin tanınması üçün Əli Mərdan bəy Topçubaşovun rəhbərliyi ilə İstanbula gələn nümayəndə heyəti Avropa ölkələrinə teleqramlar göndərib. Lakin müstəqillik 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurasının tanınması ilə beynəlxalq dövlətlər tərəfindən tanındı. Dövrün mətbuatında dərc olunan xəbərlərdən belə anlaşılır ki, bu hadisə hər iki ölkədə mərasimlərlə qeyd olunub.
Azərbaycan hökuməti İstanbulla əlaqələrini saxlamaqla yanaşı, Mustafa Kamalın başçılıq etdiyi Nümayəndə heyəti ilə də dolayı əlaqə saxlamışdır. Belə anlaşılır ki, Nümayəndəlik Komitəsi də Azərbaycanın müstəqilliyini dəstəkləyən siyasət nümayiş etdirir. Lakin Azərbaycan hökumətinin britaniyalılarla əməkdaşlığı Nümayəndəlik Komitəsini şübhəli edib. Bu şübhə bəzi xoşagəlməz hadisələrə və anlaşılmazlıqlara səbəb olub.
Azərbaycan və Anadolu türkləri üçün mühüm dönüş nöqtəsi olan bu prosesdə Anadolu türk milli hərəkatına qarşı iki yol var idi;
1) Qafqaza doğru irəliləyən bolşeviklərə qarşı müttəfiq dövlətlərdən kömək almaq
2) Anadolu torpaqlarını işğal edən müttəfiq dövlətləri ölkədən çıxarmaq üçün bolşeviklərə yaxınlaşmaq. Mustafa Kamal Paşanın ikinci yolu seçdiyi anlaşılır.
Əslində bolşeviklərlə əlaqə yaratmaq üçün müxtəlif vəzifələr götürən şəxslər Azərbaycana göndərilirdi. Həyata keçirilən fəaliyyətlərə uyğun olaraq Bakıda qurulan Türkiyə Kommunist Partiyası və Azərbaycan Kommunist Partiyasının siyasəti öz nəticələrini vermiş və XI. Qızıl Ordu Bakıya gələrək Azərbaycan Xalq Cümhuriyyətini ləğv etdi. Bolşeviklərlə təmas qurmaqda az qala körpü rolunu oynayan Azərbaycan və Türkiyə münasibətlərinin tarixinin bu mərhələsi türk-sovet münasibətlərinin tərkib hissəsi kimi mənbələrdə yazılıb.
Türkiyəni xilas etmək üçün yola çıxan bolşevik rus orduları Bakıda Müsavat hökumətinə son qoyub Azərbaycan SSR-i qurdular və M. Ə. Rəsulzadənin dediyi kimi bir daha ölkəni tərk etmədilər.
Azərbaycan Xalq Cümhuriyyətinin yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldıqdan sonra həm Sovet Azərbaycanının, həm də Türkiyənin maraqlarına uyğun diplomatik, iqtisadi və mədəni əlaqələrin qurulması üçün müəyyən şərtlər yarandı. Münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlardan biri də nümayəndəliklərin açılması oldu.
1920-ci ilin avqustunda Memduh Şövkət bəy Türkiyə Böyük Millət Məclisi hökumətinin ilk xarici nümayəndəsi olaraq Azərbaycan nümayəndəsi təyin edildi. Vəzifəsini uğurla yerinə yetirən Şövkət bəy qısa zamanda özünə inam qazana bildi və Azərbaycan SSR hökumətinin Anadolu hərəkatına maddi yardım göstərməsini təmin etdi, həmçinin Ərzurum ətrafında neftin çıxarılması üçün lazım olan materialları göndərdi. Məmduh Şövkət bəy 31 mart 1924-cü ildə Türkiyə Bakı Nümayəndəliyi bağlanana qədər vəzifəsini davam etdirdi. Bu tarixdən sonra Türkiyəni yalnız Naxçıvan hərbi attaşesi təmsil edirdi. 1920-ci ildə Türkiyənin Ankarada Azərbaycan nümayəndəliyini açmaq üçün müraciət etməsinə baxmayaraq, Azərbaycan Sovet Hökuməti Türkiyəyə nümayəndə təyin etmədi. Ankaraya nümayəndənin təyin edilməsi yalnız 1921-ci ilin iyununda mümkün oldu. Keçmiş sağçı Himmetist, sonradan bolşeviklərə qoşulan İbrahim Əbilov Azərbaycanın Türkiyədəki tam səlahiyyətli nümayəndəsi təyin edildi.
1921-ci ilin oktyabrında Ankaraya gələn İbrahim Əbilov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin üzvləri tərəfindən qarşılandı. Sonra Mustafa Kamal tərəfindən qəbul edilən Ebilov hökumətinin ona verdiyi etimadnaməni təqdim etdi. Qəbul mərasimində Mustafa Kamal Paşa ilə Əbilov arasında yaşanan eyni mənalı və duyğulu söhbətlər 1921-ci ilin noyabrında Cebeci nümayəndə binasında bayraq qaldırma mərasimində də yaşandı.
Azərbaycanda Sovet hökuməti qurulandan sonra qardaş Türkiyəyə sığınan müxalifət qrupları daha çox Qars, Trabzon və Samsun şəhərlərində təşkilatlanaraq antisovet fəaliyyətləri ilə məşğul olurdular. Azərbaycan Sovet hökuməti Moskvanın razılığı ilə bu şəhərlərdə konsulluqlar açmaqla müxalifətin fəaliyyətinin qarşısını almağı qarşısına məqsəd qoymuşdu. Bu məqsədlərlə Qars konsulluğuna təyin olunan İslam Hacıbəyli 1921-ci ilin sentyabrında Qarsa gələrək vəzifəsinə başlayır. Trabzon və Samsun şəhərlərində arzu olunan konsulluqlar yaradıla bilmədi. Ankara nümayəndəliyi və Qars konsulluğu 1922-ci ilin dekabrında SSRİ-nin yaranması ilə əlaqədar bağlandı.
Ermənistan faktoru Türkiyə-Azərbaycan münasibətlərinin mühüm hissəsini təşkil edir. Qarşılaşdığımız bu siyasi quruluşun əsasları mövzumuzun məzmununu təşkil edən dövrdə qoyulmuşdur. Erməni millətçiləri 19-cu əsrin II yarısında “Böyük Ermənistan” yaratmaq arzusunu reallaşdırmaq üçün hər cür cəhd göstəriblər.
Birinci Dünya Müharibəsi, Anadolu və Qafqaz kimi strateji bölgələrdə baş verən hadisələrdən istifadə edən erməni quldur dəstələri bu coğrafiyalarda qırğınlar törətməkdən çəkinmədilər. Qeyri-ermənilərə qarşı bu qırğınları Qərb imperialist dövlətlərinin dəstəklədiyi Daşnak Partiyası həyata keçirdi.
Daşnakların hakimiyyəti altında olan Ermənistan Türkiyədə qurulan yeni rejim və Sovet Azərbaycanı üçün böyük təhlükə yaradırdı. Erməni məsələsi həm Azərbaycan Sovet Hökuməti, həm də Türkiyə Böyük Millət Məclisi Hökuməti üçün birinci dərəcəli siyasi əhəmiyyət kəsb edirdi. Bu problemi tez bir zamanda həll etmək üçün Azərbaycan Sovet Hökumətinin irəli sürdüyü Ermənistanın sovetləşdirilməsi təklifi Qafqazın sovetləşdirilməsində maraqlı olan Türkiyə Böyük Millət Məclisi Hökumətinin siyasətinə uyğun idi. Ona görə də Ankara daşnaklara qarşı mübarizədə Azərbaycan Sovet Hökumətini dəstəklədi.
Sovet Rusiyası ilə yaxşı münasibətlər quran gənc türk dövlətinin Azərbaycan və digər türk dövlətləri ilə bağlı qərar və əməlləri 1924-cü ildən sonra Türkiyə-Rusiya münasibətlərinin kölgəsində qaldı.
İnzibati dairələr Türkiyənin xarici türklərlə bağlı fəaliyyətinin Türkiyəyə ziyan vuracağına inanaraq hərəkət edirdilər. Türkiyənin xarici siyasətində Mustafa Kamal Atatürkün təsdiqlədiyi kimi, gənc Türkiyə dövləti fövqəladə təqiblərə son qoyaraq Anadolunun bir Türk Vətəni kimi müdafiəsinə önəm vermiş, Sovet Rusiyasını narahat edə biləcək davranışlardan uzaq durmağa çalışmışdır.
Türkiyə-Azərbaycan diplomatik əlaqələri 1924-cü ildən sonra kəsilsə də, ticarət, iqtisadi və mədəni əlaqələr 1930-cu ilə qədər davam etmişdir.
Bu tarixdən sonra Sovetlərdə Stalin rejiminin qurulması ilə türk şüurunu yaddaşlardan silmək siyasəti sürətləndirilmiş, hətta Türkiyə haqqında danışmaq da qadağan edilmişdir.



