Azərbaycan Mədəniyyət Mərkəzi

Muğam – Poeziya Qrupu (Azərbaycan Rüzgarı Qrupu - Muğam, Şeir, Musiqi)

Azərbaycan Respublikasının Türkiyə Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Rüzigarı” qrupu 23 noyabr 2024-cü il tarixindən etibarən Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərməkdədir.
Qrup özünəməxsus repertuarı ilə seçilir. Repertuarda xüsusilə Türk dünyasının ortaq dəyərləri; Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s. Eyni zamaanda Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış aydınlarının; Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım, Bəxtiyar Vahabzadə kimi ədiblərinin əsərləri yer alır. İfa edilən şeirlər Azərbaycan muğamları, xalq və bəstəkar musiqiləri ilə kompozisiyalar şəklində təqdim olunmaqdadır.
Qrupun məqsədi Azərbaycan mədəniyyətini, xüsusən də Türk Dünyasının ortaq dəyəriləri, Türk dünyasının birliyi və həmrəyliyi uğrunda mübarizə aparan Azərbaycan aydınlarının, UNESCO-nun Bəşəriyyətin qeyri- mədəni irs siyahısına düşmüş Azərbaycan muğamını, tar və kamança alətlərini, eləcə də Azərbaycan xalq mahnılarını və görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini Türkiyədə tanıtmaqdır.
Qrupun qurucusu; İstanbul Universiteti (PhD), TRT Türkü Radiosunda yayımlanan “Azərbaycan Rüzigarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər
Qrupun bədii rəhbəri; Qazi Universiteti (PhD), tarzən Pərviz Musayev
Qrupda istifadə olunan əsas musiqi alətləri: Azərbaycan milli musiqi alətləri olanTar, Kamança, Qaval, Nağara və Türk klassik musiqi aləti olan Bəndir.

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları

Azərbaycan musiqisi

Tarixi abidələr