Azərbaycan Mədəniyyət Mərkəzi

Türkiyədə “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi.

1. Əhməd Bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliği. 

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə yaşamış tanınmış azərbaycanlıların irsinin tədqiqi, təbliği, onların adlarının əbədiləşdirilməsi məqsədi ilə tədbirlər, layihələr reallaşdırılır. Bununla əlaqədar, 2024-cü ildən Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyədə “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihəyə start verib.
İlk layihə olaraq, Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinin, habelə azərbaycanlıların qardaş Türkiyənin rifahı, ictimai və mədəni həyatına verdiyi töhfələri nəzərə alaraq, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə Cümhuriyyətinin qurucularından olan, Türkiyə Böyük Millət Məclisinin 2-ci və 3-cü çağırış millət vəkili Əhməd Bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliği həyata keçirilir. Əhməd Bəy Ağaoğlunun İstanbulda yaşadığı evinin üzərinə onun xatirə löhvəsinin vurulması nəzərdə tutulur.
Qeyd edək ki, xatirə löhvəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycanın tanınmış heykəltaraşı, ölkəmizdə və xaricdə hazırlanan çoxsaylı heykəllərin müəllifi Əlisəfa Əsgərov tərəfindən hazırlanıb. Ə.B.Ağaoğlunun barelyefinin İstanbul şəhərində yaşadığı evin (Avukat Süreyya Dernek Sokak No:29’da Ağaoğlu Apartmanı, İstanbul) girişində quraşdırılması planlaşdırılır.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əhməd Bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan xatirələrinin, memuarlarının toplanılmış, onların əsasında nəşr layihəsi reallaşdırılmaqdadır. Layihə “Çapar” Milli İrsin Tədqiqat Mərkəzinin sədri, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd tərəfindən həyata keçirilib.

2. Türkiyədə tanınmış azərbaycanlıların məlumat bazasının hazırlanması.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə tanınmış azərbaycanlılar, qardaş ölkənin mədəniyyətinin tərəqqisində xüsusi xidmətləri olan mədəniyyət, incəsənət xadimləri haqqında məlumatlar toplanmış və onların məlumat bazası yaradılmışdır. Hazırda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Vikipediyada Türkiyədə tanınmış azərbaycanlılar haqqında ayrılıqda bölmələrin yaradılması işi həyata keçirilir.

Azərbaycan klassik irsi

Dəstəkçilərimiz

Azərbaycan xalçaları