Azərbaycan Mədəniyyət Mərkəzi

“AZƏRBAYCAN TÜRKCƏSİ DİL KURSLARI”
HAQQINDA MƏLUMAT

Azərbaycan Respublikasının Ankaradakı səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyədə ilk dəfə olaraq Azərbaycan Dili kursları fəaliyyət başlayıb.
Kurs 15 mart 2025-ci ildən etibarən Türkiyənin köklü və nüfuzlu universitetlərindən biri olan Qazi Universitetinin əsas kampusundakı Azərbaycan Türkcəsinin Tədris Ocağında üz-üzə şəkildə həyata keçirilir. Kurs pulsuzdur.
Kursun müddəti başlanğıc səviyyə üçün 6 ay olaraq müəyyən edilmişdir.
Kursda tələbələrə dinləmə, danışma, oxuma və yazma bacarıqlarını inkişaf etdirmək müxtəlif metodlarla dərslər həyata keçirilir.
Kurslar həftədə üç gün, hər biri 1.5 saat olmaqla təşkil edilir. Bundan əlavə, tələbələr üçün mədəniyyət tədbirləri, oxuma günləri, film nümayişləri və danışıq saatları kimi əlavə fəaliyyətlər də təşkil olunur.
Kurs iştirakçıları Azərbaycan dili, ədəbiyyatı, mədəniyyət sahəsi haqqında dolğun məlumatları əldə edirlər. Nəticədə tələbələr Azərbaycanın mədəni irsini Ana dilində öyrənə bilirlər.
Dərslərdə istifadə olunan materiallar və nəşrlər tələbələrə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təqdim edilir.
Həmçinin, dərslərdə informasiya texnologiyalarından istifadə edilərək səsli-vizual materiallar, dialoqlar və filmlərlə interaktiv tədris təcrübəsi təqdim edilir. Təlimlər fərqli tədris metodologiyaları ilə zənginləşdirilərək verilir.
Kurslara yalnız Qazi Universiteti tələbələri deyil, Azərbaycan Türkçəsini öyrənmək istəyən digər universitet tələbələri, müxtəlif sahələrdən olan şəxslər və xarici ölkələrdən gələn tələbələr də qatılır.
Kursu uğurla tamamlayan; davamiyyət şərtlərini yerinə yetirən və yekun imtahanını keçən iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzi və Gazi Universitetindən birgə rəsmi sertifikat veriləcəkdir.
Kursda təlimlər Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Türkcesi Tədris Ocağının pedaqoqu, Qazi Universitetinin “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantı Şəhla İbişova tərəfindən keçirilir.

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları

Azərbaycan musiqisi

Tarixi abidələr