Azərbaycan Milli Rəqsləri üzrə Kurslar.
Azərbaycanın qədim mədəniyyətindən doğan xalq rəqsləri, xalqımızın ruhunu, tarixini və duyğularını əks etdirən bənzərsiz bir ifadə formasıdır. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli rəqsləri üzrə kurslar təşkil edir.
Niyə Azərbaycan xalq rəqsləri?
Azərbaycan xalq rəqsləri ritm, mimika, duruş və hərəkətləri ilə yalnız bədənlə deyil, eyni zamanda ruhla ifadə gücünə malikdir. Qadın rəqslərindəki incəlik, zəriflik və nəzakət; kişi rəqslərindəki güc, şərəf və çevikliklə tamamlanan əzəmət – xalqımızın mədəni dəyərlərini səhnəyə daşıyır.
Hər addımda keçmişin izi, hər dönüşdə xalqın səsi vardır. Bu baxımdan Azərbaycan xalq rəqsləri mədəniyyətin ən estetik ötürülmə formalarından biridir.
Rəqs kurslarımız uşaqlar və böyüklər olmaqla müxtəlif yaş qruplarına uyğunlaşdırılıb. Hər səviyyəyə uyğun dərslərimizdə həm yeni başlayan, həm də səhnə təcrübəsi olan iştirakçılar üçün əlverişli öyrənmə imkanı yaradılıb.
Yaşından və təcrübəsindən asılı olmayaraq, rəqsə könül verən hər kəs bizimlə bu yola çıxa bilər.
Proqramda nələr var?
• Azərbaycan xalq rəqslərinin nəzəri və praktik tədrisi
• Ritm, duruş və bədən dili üzrə məşqlər
• Solo və qrup ifaları üzərində çalışmalar
• İl ərzində təşkil olunan xüsusi tamaşalar və milli/ beynəlxalq tədbirlərdə iştirak
• Mədəni kimlik və rəqslərin tarixi inkişafı haqqında maarifləndirici seminarlar
Təcrübəli məşqçi heyəti
Dərslərimiz sahəsində peşəkar, səhnə təcrübəsi zəngin olan müəllimlər tərəfindən aparılır. Məşqçilərimiz ənənəvi fiqurlarla yanaşı, rəqslərin tarixi və mədəni mənasını da iştirakçılara çatdırır.
Azərbaycan xalq rəqsləri yalnız keçmişi deyil, gələcəyi də işıqlandıran güclü bir mədəni bağdır. Bu dəyərli irsi yaşatmaq və səhnədə şərəflə təmsil etmək istəyən hər kəsi proqramlarımıza dəvət edirik.
Daha ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın:
Əlaqə vasitələri
Telefon nömrəsi:
E-poçt:
Unvan: