Azərbaycan–Türkiyə elmi və mədəni əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Hacı Bayram Vəli Universitetinin Turizm fakültəsinin dekanı, professor Məhərrəm Tuna və həmin universitetin müəllimi, dosent Hakan Çetiner ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Türkiyənin ortaq tarixinin, milli-mənəvi dəyərlərinin araşdırılması, bu istiqamətlərdə elmi tədqiqatların aparılması və həyata keçirilə biləcək mədəni layihələr müzakirə olunub.

Həmçinin iki ölkənin ortaq milli və mədəni irsinin tanıdılması, akademik əməkdaşlığın inkişaf etdirilməsi və birgə elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü tarixi bağların və qardaşlıq münasibətlərinin elmi və mədəni əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ