Azərbaycan Mədəniyyət Mərkəzi

Türkiyənin Qars və İğdır şəhərlərində “Azərbaycan İncəsənət Həftəsi” keçiriləcək

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyənin Qars və İğdır şəhərlərində “Azərbaycan İncəsənət Həftəsi” təşkil olunacaq. Layihəyə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Qars və İğdır valilikləri, eləcə də bələdiyyələri dəstək göstərir. Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin və milli dəyərlərinin tanıdılması məqsədilə keçiriləcək tədbirlər çərçivəsində azərbaycanlı sənətçilərin konsert proqramı, milli […]

Kırşəhər nümayəndələri ilə mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kırşehir İl Milli Təhsil İdarəsinin Türk Dövlətləri və Topluluqları Akademiyasının koordinatoru Özlem Eri və Kırşehirdə fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələrinin nümayəndələrini qəbul edib. Görüşdə Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin Kırşehirdə tanıdılması, milli mədəniyyətimizin daha geniş ictimaiyyətə çatdırılması […]