Kırşəhər nümayəndələri ilə mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kırşehir İl Milli Təhsil İdarəsinin Türk Dövlətləri və Topluluqları Akademiyasının koordinatoru Özlem Eri və Kırşehirdə fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələrinin nümayəndələrini qəbul edib.

Görüşdə Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin Kırşehirdə tanıdılması, milli mədəniyyətimizin daha geniş ictimaiyyətə çatdırılması və iki ölkə arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Həmçinin iki ölkənin musiqi məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi, “Qardaş məktəblər” layihəsinin həyata keçirilməsi, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı təcrübə mübadiləsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ