Türkiyənin Hatay bölgəsində ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Hatay İl Mədəniyyət və Turizm Müdiri Abdullah Dinç ilə görüşüb.
Hatay İl Mədəniyyət və Turizm Müdirliyində keçirilən görüşdə mədəni əməkdaşlığın inkişaf etdirilməsi, Hatayda təşkil olunan festivallar və mədəni tədbirlərdə ortaq dəyərlərimizin tanıdılması, Hataydakı Azərbaycan mədəniyyətinin təqdimatı, azərbaycanlı sənətçilərin müxtəlif tədbirlərdə iştirakı, birgə sərgi və konsertlərin təşkili, eləcə də mədəni tanıtım layihələri ilə bağlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq istiqamətləri üzrə razılıq əldə olunub.
Daha sonra Hatay İl Mədəniyyət və Turizm Müdirliyinin nəzdində fəaliyyət göstərən Cəmil Meriç İl Xalq Kitabxanası və Hatayda aparılan qazıntılar zamanı aşkarlanan mozaika əsərlərindən ibarət sərgi təqdim olunub.




