TRT Avaz-da milli mədəniyyətimizin tanıdılmasına dair layihələr müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TRT Avaz kanalının koordinator müavini Zəfər Tekin ilə görüşüb.

Keçirilən görüşdə ortaq dəyərlərimizin və milli mədəniyyətimizin Türk dünyasında daha geniş tanıdılmasına yönəlmiş televiziya proqramları, mədəni layihələr və media sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı tərəflər ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsi, mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi apararaq, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

 

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ