TRT Avaz-da milli mədəniyyətimizin tanıdılmasına dair layihələr müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TRT Avaz kanalının koordinator müavini Zəfər Tekin ilə görüşüb. Keçirilən görüşdə ortaq dəyərlərimizin və milli mədəniyyətimizin Türk dünyasında daha geniş tanıdılmasına yönəlmiş televiziya proqramları, mədəni layihələr və media sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı tərəflər ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsi, mədəni əlaqələrin […]