Azərbaycan Türkiyədə film festivalında təmsil olunacaq

3–7 noyabr tarixlərində İstanbulda keçiriləcək VI “Qorqud Ata” Türk Dünyası Film Festivalında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq.

Festivalın müsabiqə proqramında Azərbaycan filmləri üç kateqoriya üzrə yarışacaq:

  • Tammetrajlı bədii film: “Tağıyev: Məktəb”

  • Sənədli film: “Azıx mağarası”

  • Qısametrajlı bədii film: “Torpağı sanı yaşayasan”

Bununla yanaşı, festival çərçivəsində Azərbaycan klassik kinosunun əhəmiyyətli nümunələrindən olan “Bir cənub şəhərində” filmi və “Bakı Türkoloji Qurultayı 100” sənədli filmi də tamaşaçılara təqdim ediləcək.

Səfər çərçivəsində Türk dünyası ölkələri ilə kino sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin həyata keçirilməsi məqsədilə müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulur.

2021-ci ildə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən festival türk xalqlarının ortaq mədəni irsinin kino vasitəsilə dünyada tanıdılmasına töhfə verməyi hədəfləyir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ