Azərbaycanla bağlı nəşrlər Hatay Mustafa Kamal Universitesinin kitabxanasına hədiyyə edilib

Azərbaycanla bağlı nəşrlər Hatay Mustafa Kamal Universitesi kitabxanasında yaradılan Azərbaycan bölümünə hədiyyə edilib. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dövləti, tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı 100 seçilmiş nəşr universitetin kitabxanasına bağışlanıb. Tədbir Hatayda keçirilən “Azərbaycan sənət həftəsi” çərçivəsində baş tutub. Açılış mərasimində universitetin rektoru Prof. Veysel Eren, Azərbaycan səfirliyinin […]
Türkiyənin Hatay şəhərində ortaq mədəni dəyərlərin tanıdılması məsələləri müzakirə olunub

Türkiyənin Hatay bölgəsində ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması məsələləri müzakirə olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Hatay İl Mədəniyyət və Turizm Müdiri Abdullah Dinç ilə görüşüb. Hatay İl Mədəniyyət və Turizm Müdirliyində keçirilən görüşdə mədəni əməkdaşlığın inkişaf etdirilməsi, Hatayda təşkil olunan festivallar və mədəni tədbirlərdə ortaq dəyərlərimizin tanıdılması, […]