Türkiyə–Azərbaycan arxeoloqlarından ibarət nümayəndə heyətiylə görüş keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin baş direktor müavini Bülent Gönültaşın rəhbərlik etdiyi Türkiyə–Azərbaycan arxeoloqlarından ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə iştirak edən heyətdə Atatürk Universitetinin professoru Mehmet Işıklı, Mardin Artuklu Universitetinin professoru Aynur Özfırat, doktor Gencay Güloğlu və Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Muzaffer Hüseynov yer alıblar.

Toplantıda iki ölkənin tarix və mədəniyyətində ortaq keçmişimizin dərin köklərini əks etdirən nadir irs nümunəsi olan Kür-Araz mədəniyyətinin araşdırılması və tanıdılması istiqamətində birgə fəaliyyətlər, həmçinin bu sahədə ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ