Azərbaycan Mədəniyyət Mərkəzi

Türkiyə–Azərbaycan arxeoloqlarından ibarət nümayəndə heyətiylə görüş keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin baş direktor müavini Bülent Gönültaşın rəhbərlik etdiyi Türkiyə–Azərbaycan arxeoloqlarından ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə iştirak edən heyətdə Atatürk Universitetinin professoru Mehmet Işıklı, Mardin Artuklu Universitetinin professoru Aynur Özfırat, doktor Gencay Güloğlu […]