İstanbulun Topqapı Kültür Məhəlləsində Türk dünyası üzrə mütəxəssis Abdülmətin Kəskin, Azərbaycan milli mədəniyyətinin və Türk dünyasının ortaq dəyərlərinin tanıdılmasına verdiyi töhfələrə və göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Fəxri Mükafat”a layiq görülüb.
Fəxri mükafat Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tərəfindən Abdülmetin Keskinə təqdim edilib.
Qeyd olunub ki, bu il martın 21-də Kültür Mahallesində yenidən qurulan Azərbaycan Evinin açılışı baş tutub, eyni zamanda birgə Novruz bayramı tədbirləri təşkil olunub.
Milli mədəniyyətimizin tanıdılması istiqamətində Topkapı Kültür Mahallesi ilə birgə layihələr davam etdirilir.




