Nazir müavini İstanbuldakı Azərbaycan Evini ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbulun Topkapı Türk Dünyası Kültür Mahalləsində yerləşən Azərbaycan Evini ziyarət ediblər. Ziyarət zamanı Panorama 1453 Tarix Muzeyi – Türk Dünyası bölməsinin müdiri Ayşe Çağlayan və Kültür Mahallesinin müdiri, Türk dünyası üzrə mütəxəssis Abdülmetin Keskin onları müşayiət […]
Türk dünyası üzrə mütəxəssis Abdülmətin Kəskinə “Fəxri Mükafat” təqdim edilib

İstanbulun Topqapı Kültür Məhəlləsində Türk dünyası üzrə mütəxəssis Abdülmətin Kəskin, Azərbaycan milli mədəniyyətinin və Türk dünyasının ortaq dəyərlərinin tanıdılmasına verdiyi töhfələrə və göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Fəxri Mükafat”a layiq görülüb. Fəxri mükafat Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tərəfindən […]
Nazir müavini İstanbul Kültür Sanat Vəqfinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla İstanbul Kültür Sanat Vəqfinin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq münasibətlərinin və güclü mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub. […]