Nazir müavini İstanbul Kültür Sanat Vəqfinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla İstanbul Kültür Sanat Vəqfinin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq münasibətlərinin və güclü mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub. Bu çərçivədə ortaq mədəniyyət və incəsənət layihələri, film festivalları, klassik musiqi, caz, teatr və filarmoniya sahələrində həyata keçirilə biləcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, eləcə də gələcəyə yönəlik layihələr ətraflı şəkildə dəyərləndirilib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ