“Rənglərin Zərifliyi” adlı sərgi ilk dəfə İstanbulda keçiriləcək

Türkiyədə ilk dəfə olaraq azərbaycanlı qadın rəssamların “Rənglərin Zərifliyi” adlı sərgisi  təşkil olunacaq.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı və Baxçaşəhər Universitetinin birgə dəstəyi ilə keçiriləcək sərginin açılışı 2 aprel saat 15:00-da İstanbul şəhərində baş tutacaq.

Sərgi Baxçaşəhər Universitetinin Konqres Mərkəzində təşkil olunacaq. 

Burada müasir azərbaycanlı qadın rəssamların – Böyükxanım Zeynalova, İrina Eldarova, Aytən Rzaquliyeva, Elena Allahverdiyeva, Leyla İsayevа, Milena Nəbiyeva, Səfurə Abdullayeva, Aydan Nəbizadə, Səyalı Məmmədova-Qarayeva, Aynurə Mahmudova, İnna Kostina, Veronika Şəmsiyeva, Nadejda İbrahimova, Nigar Məmmədova, Raida Mustafayeva, Ülviyyə Həmzəyeva, Nailə Əhmədova, Camila Haşımova, Elnarə Mısırlı, Məhbəsti İbrahimova, Esmira Heydərova, Kamilla Eldarova, Fəqanə Əliyeva, Lala Abdullayeva, Leyla Əzimbəyova, Sabina Tutayuk və Aygün Mustafayevanın əsərləri nümayiş etdiriləcək.

Azərbaycanlı qadın rəssamların yaradıcılığında həm qədim mədəni irsin izlərini, həm də müasir dünyanın estetik axtarışlarını görmək mümkündür. Sərgidə nümayiş olunacaq əsərlər vətən, Azərbaycan mədəniyyəti, təbiət, qadın gözəlliyi və sevgi kimi mövzuları əhatə edir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ