Azərbaycan Mədəniyyət Mərkəzi

Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında Novruz bayramına həsr olunan xüsusi dərs təşkil olunub. Xüsusi dərsdə Azərbaycan dili müəllimi Şəhla İbişova Novruz bayramı, onun qədim tarixi, milli-mədəni sərvətimiz kimi adət-ənənələri, Azərbaycan, Türk dünyasının ortaq bayramı kimi qeyd olunması haqqında məlumat verib. Sonra dərsdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin […]

“Rənglərin Zərifliyi” adlı sərgi ilk dəfə İstanbulda keçiriləcək

Türkiyədə ilk dəfə olaraq azərbaycanlı qadın rəssamların “Rənglərin Zərifliyi” adlı sərgisi  təşkil olunacaq. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı və Baxçaşəhər Universitetinin birgə dəstəyi ilə keçiriləcək sərginin açılışı 2 aprel saat 15:00-da İstanbul şəhərində baş tutacaq. Sərgi Baxçaşəhər Universitetinin Konqres Mərkəzində təşkil olunacaq.  Burada müasir azərbaycanlı […]