Nizami Gəncəvinin Sirlər xəzinəsi adlı kitab Türkiyə Türkcəsində.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə” sinə daxil olan bütün əsərlərin orjinaldan Türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxmışdır.
Əsəri Türk dilinə çevirən Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım Azərbaycan və Türk dünyasının dahi söz ustadı, dünya şöhrətli şair Nizami Gəncəvinin Azərbaycan, Anadolu, Yaxın Şərq və Hindistan olmaqla çox geniş coğrafiyalarda əsərlərinin əldən-ələ dolaşdığını, geniş kütlələrdə oxunduğunu və özündən sonra gələn böyük şairlər tərəfindən əsərlərinin ilham mənbəyi olduğunu və onlara çox sayda nəzirələr yazıldığını qeyd edib.
Kitabda “Ön sözdə” qeyd olunur ki, Nizami Gəncəvinin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla, müdrik, fikirlərlə zəngin, bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni fikirlər, ideya və qənaətləri ifadə edən və hekayələrdən ibarət bir poemadır. Onun hikmət və nəsihət dolu “Sirlər xəzinəsi” poeması bütün insanlıq üçün əsl tərbiyə, mənəviyyat mənbəyidir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ