Nizami Gəncəvinin İskəndərnamə adlı kitab Türkiyə Türkcəsində.

Azərbaycan mədəniyyəti, ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orjinaldan Türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” əsəri çapdan çıxmışdır. Əsəri Türk dilinə çevirən tərcüməçi – professor Nimet Yıldırım Azərbaycan və türk dünyasının dahi söz ustadı, dünya şöhrətli şair, mütəfəkkir Nizami Gəncəvinin Anadolu coğrafiyasında da çox sevildiyini və məşhur olduğunu qeyd edib.
Tərcümənin müəllifi, Atatürk Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. Onun fikrincə, Nizami yaradıcılığı fars dilini zənginləşdirib. “Diqqətəlayiqdir ki, böyük mütəfəkkirin qələmindən əvvəllər farsca işlənməyən yüzlərlə söz və ifadə çıxıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ