Milli musiqimizin təbliği və bu sahədə birgə layihələr müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyədə yaşayan tanınmış azərbaycanlı bəstəkar, pianoçu və akademik İlyas Mirzayevi qəbul edib.

Görüşdə 30 ildən artıqdır Türkiyədə yaşayan, musiqi və akademik sahələrdə fəaliyyətini davam etdirən bəstəkar İlyas Mirzayevin Azərbaycan milli musiqisinin qardaş ölkədə tanıdılması və geniş təbliği istiqamətində verdiyi töhfələrdən bəhs olunub.

Altı simfoniya, 13 konsert və çoxsaylı digər əsərlərin müəllifi olan İlyas Mirzayevin yeni yaradıcılıq işləri ilə yanaşı, Azərbaycan və Türkiyədə onun əsərlərindən ibarət konsert proqramlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ