Milli musiqimizin təbliği və bu sahədə birgə layihələr müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyədə yaşayan tanınmış azərbaycanlı bəstəkar, pianoçu və akademik İlyas Mirzayevi qəbul edib. Görüşdə 30 ildən artıqdır Türkiyədə yaşayan, musiqi və akademik sahələrdə fəaliyyətini davam etdirən bəstəkar İlyas Mirzayevin Azərbaycan milli musiqisinin qardaş ölkədə tanıdılması və geniş təbliği istiqamətində verdiyi töhfələrdən bəhs olunub. […]