Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva arasında videokonfrans formatında görüş keçirilib.
Görüş zamanı Bursada ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər mədəni əməkdaşlığın genişləndirilməsi və qurumlararası əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinin baş mütəxəssisi Anar Məmmədov da iştirak edib.




