Azərbaycan Mədəniyyət Mərkəzi

Mədəni əməkdaşlıqla bağlı videokonfrans keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva arasında videokonfrans formatında görüş keçirilib. Görüş zamanı Bursada ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər mədəni əməkdaşlığın genişləndirilməsi və qurumlararası əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi […]

Türkiyədə “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə keçiriləcək

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə universitetləri arasında dahi Azərbaycan şairi, Türk dünyasının mütəfəəkkiri Nizami Gəncəviyə həsr olunan “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə keçiriləcək. Müsabiqənin əsas məqsədi Türk dünyasının ortaq dəyərlərini və dünya ədəbiyyatının zirvələrindən sayılan Nizami Gəncəvi irsini elm və təhsil camiəsi arasında daha geniş tanıtmaq, onun ədəbi-fəlsəfi irsini təbliğ etməkdir. Layihəyə […]