Kütahyada milli mədəniyyətimizin və ortaq dəyərlərimizin tanıdılması ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kütahya Azərbaycan Dərnəyinin başqanı İlqar İdrisovu qəbul edib.
Görüş zamanı Kütahyada milli mədəniyyətimizin təbliği, ortaq dəyərlərimizin tanıdılması və bu istiqamətdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



