Azərbaycan Mədəniyyət Mərkəzi

“Azərbaycan sənət həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində bir sıra layihələr həyata keçirilib

Tədbirlər Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində, Antalya Şəhər Kitabxanası və Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə təşkil olunub. Layihə çərçivəsində Aralıq dənizi bölgəsinin ən böyük elm mərkəzlərindən biri hesab edilən Antalya Şəhər Kitabxanasına azərbaycanlı rəssam Arzu Əsgərov tərəfindən çəkilmiş Türk dünyasının məşhur mütəfəkkirləri, böyük Azərbaycan şairi Nizami Gəncəvi və […]

Kütahyada mədəniyyətimizin tanıdılması ilə bağlı məsələlər müzakirə olunub

Kütahyada milli mədəniyyətimizin və ortaq dəyərlərimizin tanıdılması ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kütahya Azərbaycan Dərnəyinin başqanı İlqar İdrisovu qəbul edib. Görüş zamanı Kütahyada milli mədəniyyətimizin təbliği, ortaq dəyərlərimizin tanıdılması və bu istiqamətdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.