“İki dövlət, bir səhnə – Qardaş nəğmələr” konsert proqramı

Ankarada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş xüsusi konsert

Türkiyə və Azərbaycanın ortaq mədəni irsini, zəngin musiqi ənənələrini və görkəmli sənətçilərini eyni səhnədə bir araya gətirən bu əlamətdar konsert proqramına dəvətlisiniz.

Türk dünyasının böyük musiqi dühası Üzeyir Hacıbəylinin ölməz sənət irsinə həsr olunmuş bu xüsusi gecədə Türkiyə və Azərbaycanın dəyərli sənətçilərinin ifasında qardaşlığımızı, dostluğumuzu və ortaq mədəni dəyərlərimizi əks etdirən seçmə əsərlər səsləndiriləcək.

19 sentyabr 2026-cı il, şənbə, saat: 20:00

Məkan: CSO Ada Ankara – Ziraat Bankası Ana Salonu

Dirijor: Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov

İfaçılar:
Ankara Dövlət Opera və Balet Orkestri,
Ankara Dövlət Operası və TRT Birləşmiş Xoru,
Türkiyə və Azərbaycanın görkəmli solistləri.

Konsertin biletlərini bu keçid vasitəsilə əldə edə bilərsiniz:
https://share.google/yXdI0xvO884A31vcj

Bu sənət gecəsində sizi də aramızda görməkdən böyük şərəf və məmnunluq duyacağıq.

 

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ