Azərbaycan Mədəniyyət Mərkəzi

Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın və Türkiyənin görkəmli fikir adamı, yazıçı, şərqşünas və hüquqşünas Əhməd Ağaoğlunun zəngin irsinin yaşadılması və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankarada tədbir keçiriləcək. Tədbir 18 sentyabr 2026-cı il, saat 16:00-da Ankara Universitetinin Hüquq fakültəsində baş tutacaq. Tədbir çərçivəsində Əhməd Ağaoğlunun barelyefinin, eləcə də yenidən tərtib olunmuş […]

“İki dövlət, bir səhnə – Qardaş nəğmələr” konsert proqramı

Ankarada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş xüsusi konsert Türkiyə və Azərbaycanın ortaq mədəni irsini, zəngin musiqi ənənələrini və görkəmli sənətçilərini eyni səhnədə bir araya gətirən bu əlamətdar konsert proqramına dəvətlisiniz. Türk dünyasının böyük musiqi dühası Üzeyir Hacıbəylinin ölməz sənət irsinə həsr olunmuş bu xüsusi gecədə Türkiyə və Azərbaycanın dəyərli sənətçilərinin ifasında qardaşlığımızı, dostluğumuzu və ortaq […]