Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın və Türkiyənin görkəmli fikir adamı, yazıçı, şərqşünas və hüquqşünas Əhməd Ağaoğlunun zəngin irsinin yaşadılması və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankarada tədbir keçiriləcək.

Tədbir 18 sentyabr 2026-cı il, saat 16:00-da Ankara Universitetinin Hüquq fakültəsində baş tutacaq.

Tədbir çərçivəsində Əhməd Ağaoğlunun barelyefinin, eləcə də yenidən tərtib olunmuş Əhməd Ağaoğlu auditoriyasının açılışı keçiriləcək.

Qeyd edək ki, Auditoriyada Əhməd Ağaoğlunun həyat və yaradıcılığını əks etdirən məlumat lövhələri yerləşdirilib, əsərlərinin nümayiş olunduğu xüsusi sərgi guşəsi yaradılıb.

Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycanın tanınmış heykəltəraşı Elisafa Əsgərov tərəfindən hazırlanıb.

Sizi bu əlamətdar tədbirə dəvət edirik!

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd Ağaoğlu ilə bağlı Sərəncamından: “Əhməd Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, milli oyanış hərəkatının daim ön sıralarında yer alan vətənpərvər şəxsiyyət kimi tanınmış, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl müdafiəçilərindən olmuşdur.”

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ