İğdırda ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar ilə İğdır Azərbaycan Evində görüşüb.

Görüş zamanı Azərbaycan xalqının zəngin milli mədəniyyətinin, tarixinin və Azərbaycan ilə Türkiyəni birləşdirən ortaq dəyərlərin İğdırda daha geniş ictimaiyyətə tanıdılması məsələləri müzakirə olunub.

Bu məqsədlə həyata keçirilə biləcək mədəni tədbirlər, birgə layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ