Azərbaycan Mədəniyyət Mərkəzi

İğdır Soyqırımı Abidəsi və Muzeyi ziyarət olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İğdır Soyqırımı Abidəsi və Muzeyini ziyarət edib. Ziyarət zamanı muzeydə nümayiş etdirilən eksponatlar və tarixi guşələr haqqında məlumat alınıb, türk xalqına qarşı törədilmiş soyqırımların qurbanlarının xatirəsi yad edilib. Görüş zamanı, həmçinin eyni tarixi dövrdə Azərbaycan türklərinin məruz qaldığı soyqırımlarla bağlı məlumatların muzeyin […]

İğdırda ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar ilə İğdır Azərbaycan Evində görüşüb. Görüş zamanı Azərbaycan xalqının zəngin milli mədəniyyətinin, tarixinin və Azərbaycan ilə Türkiyəni birləşdirən ortaq dəyərlərin İğdırda daha geniş ictimaiyyətə tanıdılması məsələləri müzakirə olunub. Bu məqsədlə həyata keçirilə biləcək mədəni tədbirlər, […]

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və milli geyimlərin nümayişi keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində, İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert proqramı və milli geyimlərin nümayişi təşkil olunub. Tədbirdə Qars valisi Fırat Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli idarəetmə orqanlarının nümayəndələri, mədəniyyət və incəsənət […]