İğdır Soyqırımı Abidəsi və Muzeyi ziyarət olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İğdır Soyqırımı Abidəsi və Muzeyini ziyarət edib.

Ziyarət zamanı muzeydə nümayiş etdirilən eksponatlar və tarixi guşələr haqqında məlumat alınıb, türk xalqına qarşı törədilmiş soyqırımların qurbanlarının xatirəsi yad edilib.

Görüş zamanı, həmçinin eyni tarixi dövrdə Azərbaycan türklərinin məruz qaldığı soyqırımlarla bağlı məlumatların muzeyin ekspozisiyasında əks etdirilməsi və bu mövzuya həsr olunmuş xüsusi guşənin yaradılması məsələləri müzakirə edilib.

Ortaq tarixi yaddaşın qorunması, gələcək nəsillərə ötürülməsi və bu istiqamətdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ