Azərbaycanlı modelyerin milli kolleksiyası Türkiyədə nümayiş etdirilib

Azərbaycanlı məşhur modelyer Gülnarə Xəlilova dünyanın müxtəlif ölkələrindən dizaynerləri bir araya gətirən IX Beynəlxalq “Bursa Fashion Week” moda həftəsində milli kolleksiyasını təqdim edib.

Gülnarə Xəlilovanın kolleksiyası Azərbaycanın milli geyimlərinin zənginliyini, mədəni irsinin özünəməxsusluğunu və dekorativ-tətbiqi sənət ənənələrini əks etdirib. Modelyer öz yaradıcılığında milli motivləri və ənənəvi elementləri müasir moda tendensiyaları ilə uzlaşdıraraq Azərbaycan mədəniyyətini beynəlxalq podiumda layiqincə təmsil edib.

Türkiyə, Azərbaycan, Şimali Makedoniya, Rumıniya, Bolqarıstan və İtaliyadan olan dizaynerləri bir araya gətirən “Bursa Fashion Week” ənənəvi dəyərlərin və müasir dizayn yanaşmalarının təbliği, eləcə də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Layihə haqqında fikirlərini bölüşən Gülnarə Xəlilova tədbirin müxtəlif ölkələrdən olan dizaynerləri bir araya gətirməklə mədəniyyətlərarası dialoqun inkişafına və moda sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.

Layihənin təsisçisi, təşkilatçısı və ideya müəllifi tanınmış dizayner Yaşariye Doğandır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ