Azərbaycanlı modelyerin milli kolleksiyası Türkiyədə nümayiş etdirilib

Azərbaycanlı məşhur modelyer Gülnarə Xəlilova dünyanın müxtəlif ölkələrindən dizaynerləri bir araya gətirən IX Beynəlxalq “Bursa Fashion Week” moda həftəsində milli kolleksiyasını təqdim edib. Gülnarə Xəlilovanın kolleksiyası Azərbaycanın milli geyimlərinin zənginliyini, mədəni irsinin özünəməxsusluğunu və dekorativ-tətbiqi sənət ənənələrini əks etdirib. Modelyer öz yaradıcılığında milli motivləri və ənənəvi elementləri müasir moda tendensiyaları ilə uzlaşdıraraq Azərbaycan mədəniyyətini beynəlxalq […]