Azərbaycana dair  zəngin kitab kolleksiyası Kərkük Universitetinə bağışlanıb

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizi tanıtmaq məqsədi daşıyan layihələri çərçivəsində Azərbaycanla bağlı nəşrləri – həm ana dilimizdə, həm də Türkiyə türkcəsində olan kitabları Kərkük Universitetinin “Türkologiya” bölməsinə çatdırmaq üçün Türkiyədəki Kərkük Mədəniyyət Dərnəyinə  təqdim edilib.

Kitabların təqdimetmə mərasimi Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Türkcəsi Tədris Ocağında baş tutub. Eyni zamanda sözügedən nəşrlərdən ibarət sərgi də təşkil olunub.

Qeyd edək ki, kitab kolleksiyasına Azərbaycan dövləti, tarixi, mədəniyyəti, ölkəmizin nailiyyətləri və klassik Azərbaycan ədəbiyyatı ilə bağlı nəşrlərlə yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri çərçivəsində türkcəyə tərcümə olunaraq çap edilmiş əsərlər də daxil edilib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ