Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycana dair  zəngin kitab kolleksiyası Kərkük Universitetinə bağışlanıb

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizi tanıtmaq məqsədi daşıyan layihələri çərçivəsində Azərbaycanla bağlı nəşrləri – həm ana dilimizdə, həm də Türkiyə türkcəsində olan kitabları Kərkük Universitetinin “Türkologiya” bölməsinə çatdırmaq üçün Türkiyədəki Kərkük Mədəniyyət Dərnəyinə  təqdim edilib. Kitabların təqdimetmə mərasimi Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Türkcəsi Tədris Ocağında […]