Azərbaycan Mədəniyyət Mərkəzi ilə Iğdır Universitetində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan oyunlarının teatr nümayişi üçün Iğdıra gələn Azərbaycan nümayəndə heyətini Universitetin rektoru, professor doktor Ekrem Gürel qəbul edib.

Keçirilən görüşdə ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması, Azərbaycan haqqında elmi araşdırmaların hazırlanması, akademik sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və iki qardaş ölkə arasında mədəni bağların daha da gücləndirilməsi məsələləri müzakirə olundu. Bu çərçivədə həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər xüsusilə gənc nəsillər arasında mədəni şüurun artırılması, Türk dünyasının ortaq irsinin akademik səviyyədə araşdırılması və gələcəkdə reallaşdırıla biləcək birgə layihələr üçün konkret addımların atılması istiqamətində qarşılıqlı ümidlərini ifadə ediblər.

Ziyarət çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Iğdır Universiteti arasında ortaq dəyərlərimiz və milli mədəniyyətimizlə bağlı əməkdaşlıq mexanizmləri dəyərləndirilib, mədəniyyət və incəsənət sahələrində birgə fəaliyyətlərin artırılması ilə bağlı razılıq əldə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ