Azərbaycan Mədəniyyət Mərkəzi ilə Iğdır Universitetində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan oyunlarının teatr nümayişi üçün Iğdıra gələn Azərbaycan nümayəndə heyətini Universitetin rektoru, professor doktor Ekrem Gürel qəbul edib. Keçirilən görüşdə ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması, Azərbaycan haqqında elmi araşdırmaların hazırlanması, akademik sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və iki qardaş ölkə arasında mədəni bağların daha da gücləndirilməsi məsələləri müzakirə olundu. Bu çərçivədə həyata keçirilə biləcək birgə […]