Ankaradakı “Beynəlxalq Mədəniyyət Günü” festivalında Azərbaycan mədəniyyəti tanıdılıb

Ankarada yerləşən Lokman Həkim Universitetində təşkil olunan “Beynəlxalq Mədəniyyət Günü” festivalında Azərbaycan mədəniyyəti geniş şəkildə təqdim olunub.

Tədbir çərçivəsində, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizi, tariximizi və ölkəmizin nailiyyətlərini tanıtmaq məqsədilə “Azərbaycan stendi” qurulub.

Stenddə milli mədəniyyətimizə aid müxtəlif suvenirlər, əl işləri, ənənəvi musiqi alətləri, Azərbaycan nağıl qəhrəmanlarının maketləri, oyuncaqlar, xalçalar və kəlağayılar nümayiş etdirilib. Tələbələr Azərbaycan stendini ziyarət edərək ölkəmiz haqqında ətraflı məlumat alıb, onlara Azərbaycanın zəngin mədəniyyəti barədə geniş bilgi verilib.

Festival çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstan, İraq, İran, Əfqanıstan, Suriya və digər ölkələr də öz stendləri ilə təmsil olunublar.

Tədbir proqramında iştirakçı ölkələrin rəqs və folklor kollektivlərinin çıxışları da yer alıb. Bu çərçivədə, Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Rəqs Qrupu tərəfindən milli rəqslərimiz ifa olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ