Ankaradakı “Beynəlxalq Mədəniyyət Günü” festivalında Azərbaycan mədəniyyəti tanıdılıb

Ankarada yerləşən Lokman Həkim Universitetində təşkil olunan “Beynəlxalq Mədəniyyət Günü” festivalında Azərbaycan mədəniyyəti geniş şəkildə təqdim olunub. Tədbir çərçivəsində, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizi, tariximizi və ölkəmizin nailiyyətlərini tanıtmaq məqsədilə “Azərbaycan stendi” qurulub. Stenddə milli mədəniyyətimizə aid müxtəlif suvenirlər, əl işləri, ənənəvi musiqi alətləri, Azərbaycan nağıl qəhrəmanlarının maketləri, oyuncaqlar, […]
Ankarada Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyini qeyd edib

TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi və səfirlik nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, mütəfəkkir və dövlət xadimi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Ankarada, TÜRKSOY-un Baş katibliyi binasında təntənəli mərasim keçirilib. Tədbirdə Türkiyə və Azərbaycandan millət vəkilləri, səfirlər, akademiklər, yazıçılar və çoxsaylı sənətsevərlər iştirak ediblər. Mərasimdə TÜRKSOY-un […]