Ankara Musiqi və Gözəl Sənətlər Universitetində “Eyni ürək, eyni nəğmə” şüarı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Cəsarət Valehov, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və universitetin prorektoru Zafer Kurtaslan və universitetin tələbələri iştirak ediblər.
Proqram çərçivəsində Azərbaycanın zəngin musiqi irsi gənc sənətçilər tərəfindən uğurla təqdim olunub.
Universitetin tələbələrindən pianoçu Ravan Paşazadə, vokalist Aylin Mirzazadə, müğənni Öykü Gümüş və bağlama ifaçısı Arda Kader Azərbaycan xalq musiqisinin sevilən əsərlərini ifa ediblər.
“Bir millət, iki dövlət” anlayışı çərçivəsində Azərbaycan – Türkiyə arasındakı qardaşlıq bağlarının mədəniyyət və incəsənət vasitəsilə daha da möhkəmləndiyini bir daha nümayiş etdirib.
Proqram çərçivəsində Azərbaycan nümayəndə heyəti universitetdə müxtəlif görüşlər və ziyarətlər də həyata keçirib. Heyət universitetdəki Üzeyir Hacıbəyli küçəsini, universitet kitabxanasını və musiqi məktəbini ziyarət edib.
Tədbirdən sonra Azərbaycan nümayəndə heyəti ilə universitet rəhbərliyi arasında mədəni əməkdaşlıq imkanlarını müzakirə edilib.




