Azərbaycan Mədəniyyət Mərkəzi

Ankara Musiqi və Gözəl Sənətlər Universitetində “Eyni ürək, eyni nəğmə” şüarı ilə mədəni tədbir keçirilib

Ankara Musiqi və Gözəl Sənətlər Universitetində “Eyni ürək, eyni nəğmə” şüarı ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Cəsarət Valehov, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və universitetin prorektoru Zafer Kurtaslan və universitetin tələbələri iştirak ediblər. Proqram çərçivəsində Azərbaycanın zəngin musiqi irsi gənc sənətçilər tərəfindən uğurla təqdim olunub. Universitetin […]

“Beynəlxalq Mədəni Körpü Festivalı”nda Azərbaycan mədəniyyəti geniş şəkildə tanıdılıb

Ankara Hacı Bayram Veli Universiteti tərəfindən təşkil olunan “Beynəlxalq Mədəni Körpü Festivalı”nda Azərbaycan mədəniyyəti geniş şəkildə tanıdılıb. Festival çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri haqqında məlumatlandırıcı materiallar, ənənəvi əl işləri nümunələri, hədiyyəlik əşyalar, milli musiqi alətləri, xalçalar, […]