Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Amasyalı yazıçı və tədqiqatçı Dr. Rza Qarabaği ilə görüşüb.
Görüş zamanı ortaq tariximizin və dəyərlərimizin araşdırılması, elmi tədqiqatların aparılması, eləcə də Amasyada həyata keçirilə biləcək mədəni layihələr müzakirə olunub.
Bundan əlavə, Azərbaycan və Türkiyənin ortaq milli-mədəni irsinin tanıdılması və təbliği istiqamətində fikir mübadiləsi aparılıb.



