Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycanlı bəstəkarın II Skripka Konsertinin premyerası keçirilib

Tanınmış azərbaycanlı bəstəkar İlyas Mirzəyevin II Skripka Konserti Antalyada təşkil olunan xüsusi konsert proqramında ilk dəfə musiqisevərlərə təqdim edilib. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sənətdə 50 il” layihəsi çərçivəsində baş tutan dünya premyerası Antalya Dövlət Simfonik Orkestrinin ifasında Atatürk Mədəniyyət Mərkəzinin Aspendos zalında keçirilib. Yunanıstanlı dirijor Nikos Haliassasın rəhbərliyi ilə […]

Ortaq tariximizin və dəyərlərimizin elmi tədqiqi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Amasyalı yazıçı və tədqiqatçı Dr. Rza Qarabaği ilə görüşüb. Görüş zamanı ortaq tariximizin və dəyərlərimizin araşdırılması, elmi tədqiqatların aparılması, eləcə də Amasyada həyata keçirilə biləcək mədəni layihələr müzakirə olunub. Bundan əlavə, Azərbaycan və Türkiyənin ortaq milli-mədəni irsinin tanıdılması və təbliği istiqamətində fikir […]