Ədəbiyyat və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov azərbaycanlı jurnalist Nuran Hüseynovu və yazıçı Səbinə Saygunu qəbul edib.

Görüşdə Azərbaycanın zəngin mədəni irsinin, milli dəyərlərinin və ədəbiyyatının Türkiyədə daha geniş auditoriyaya tanıdılması, Azərbaycan yazıçılarının əsərlərinin türkiyəli oxuculara çatdırılması, eləcə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ