Ədəbiyyat və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov azərbaycanlı jurnalist Nuran Hüseynovu və yazıçı Səbinə Saygunu qəbul edib. Görüşdə Azərbaycanın zəngin mədəni irsinin, milli dəyərlərinin və ədəbiyyatının Türkiyədə daha geniş auditoriyaya tanıdılması, Azərbaycan yazıçılarının əsərlərinin türkiyəli oxuculara çatdırılması, eləcə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq imkanları müzakirə […]
IV Dünya Mədəniyyətləri Festivalında Azərbaycan geniş şəkildə təmsil olunub

Ankarada keçirilən IV Dünya Mədəniyyətləri Festivalında Azərbaycan zəngin mədəni irsi, milli adət-ənənələri, musiqisi, rəqsləri və mətbəxi ilə geniş şəkildə təmsil olunub. Festivalda 72 ölkənin diplomatik nümayəndəlikləri, səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib. Tədbirdə Azərbaycanı Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycanın festival çərçivəsində təşkil olunan stendində ölkəmizin dövlətçilik tarixini […]