Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov uzun illərdir Türkiyədə yaşayan və peşəkar səhnə fəaliyyətini davam etdirən azərbaycanlı tenor Elgün Quliyevi qəbul edib.
Görüşdə Azərbaycan musiqisinin və milli mədəniyyətimizin Türkiyədə daha geniş auditoriyaya tanıdılması, birgə konsertlərin və mədəni layihələrin həyata keçirilməsi, sənətçinin musiqi və səhnə fəaliyyəti, eləcə də iki ölkə arasında mədəni əlaqələrin incəsənət vasitəsilə daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.



